İmam Əli(Ə) Quranda

Əli(ə) nurdur,Əli(ə) məhəbbətdir,Əli(ə) varlıq aləminin mənasıdır,Əli(ə) insanları yoxluq aləmindən xilas edəndir,Əli(ə) bənzərsiz yol göstərəndir,Allahın böyük vəlisi,Peyğəmbərin(s) vəsisi,cahanın həqiqəti,Allahın sevimlisidir!Elə isə ola bilərmi ki,Allah öz sevdiyi insan haqqında heç nə deməsin?Ola bilərmi ki,varlığın mənası və cahanın həqiqəti sayılan bir şəxs barədə sussun?Yox,ola bilməz.


Ardı →

Hәzrәt Әli Әkbәrin (ə) müsibәti

«Mәqtәl»lәrin birindә yаzılır: Әli Әkbәr (ә) mеydаndаn qаyıdıb аtаsının yаnınа gәldi vә dеdi:


Аtа! Susuzluq mәni әldәn sаlıb. Qılıncın vә zirеhin аğırlığı tаqәtimi әlimdәn аlıb. İmаm Hüsеyn (ә) buyurdu: Әli cаn, bir аz düşmәnlә döyüş tеzliklә bаbаn Pеyğәmbәrin (s) әlindәn su içәcәksәn. О gеtdi vә susuzluqdаn vә düşmәnin çохluğundаn yеrә yıхıldı. Düşmәnin qılınclаrı оnun bәdәnini tikә-tikә еtdi. İmаm Hüsеyn (ә) оnun yаnınа gәlib buyurdu: «Sәni öldürәni Аllаh öldürsün!» İmаm mübаrәk әli ilә оnun dоdаğının qаnını tәmizlәdi. Bilmirәm, niyә İmаm (ә) Әli Әkbәrin (ә) cәnаzәsini аpаrmаq üçün Bәni-Hаşimin cаvаnlаrındаn kömәk istәdi?..
Davamı →

İslamı qəbul etmiş ilk insan

Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yə'ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə'naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə'nayadır.)

İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur'an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»


Ardı →

İmam Əlinin(ə) qırx səhabəsi

İMAM ƏLİNİN (Ə) QIRX SƏHABƏSİ
1-Abdullah ibn Abbas:
O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı. O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: "İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət." Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində imam Əli (ə)-ın ordusunda iştirak edərək şücaətlə döyüşürdü. O, Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sol cinahının sərkərdəsi idi, imam Həsən (ə) və imam Hüseyn (ə) da onun ordusunda döyüşürdülər. İbni Abbas imam Əli (ə)-ın tərəfindən Bəsrənin valisi təyin edildi, və o həzrətin şəhadətindən sonra imam Həsən (ə)-ın hüzurunda idi. Abdullah ibn Zübeyr onu Taifə sürgün etdi. Ömrünün axırlarında gözləri tutuldu, amma yenə də İslam maarifini yaymaqdan əl çəkmədi, nəhayət yetmiş bir yaşında ikən Taifdə vəfat etdi.
Ardı →